Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib

Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib

Tarix: 14 Oct 2026 13:23

Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.

APA xəbər verir ki, bu barədə “Glavkom” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib. Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.

İlqar Xudiyev Ukrayna Xarkov hərbiçilərin güllələnməsi

Mənbə: apa.az

Xəbər Lenti