Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 02 Jul 2024 06:56
Panamada keçirilən prezident seçkilərdə qalib gələn Xose Raul Mulino and içib.
APA xəbər verir ki, Mulino iqtisadiyyatı canlandırmaq, dövlət borcları ilə mübarizə aparmaq və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün çalışacağını bəyan edib.
Mayın 5-də Mərkəzi Amerika ölkəsi Panamada keçirilən seçkilərdə qalib gələn Xose Raul Mulino and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.