Peskov: Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir

Peskov: Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir

Tarix: 15 Oct 2026 14:28

Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Kremlin bu barədə heç nə bilmədiyini söyləyib.

"Bunlar mediada iddia edildiyi kimi, amerikalılar və avropalılar arasında dialoqun gündəliyində olan məsələlərdir. Bu xəbərlərin nə qədər etibarlı olduğunu bilmirik", Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, "Financial Times" nəşri Vaşinqtonun Moskvanın Ukrayna ilə bağlı danışıqlar masasına qayıtması üçün Avropaya Rusiya aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını və həmin aktivləri ABŞ-nin nəzarətinə verməsini təklif etdiyini yazıb.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti