Cümə axşamı, 15 Oktyabr, 2026
Tarix: 15 Oct 2026 15:37
İran İslam Respublikası qonşuları ilə münasibətləri yaxşılaşdırmağa çalışır və heç bir ölkə öz ərazisinin İrana qarşı silahlı hücumlar üçün istifadəsinə icazə verməməlidir.
APA xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Hörmüz boğazı onilliklər ərzində açıq olub və problemsiz fəaliyyət göstərib.
Qəribabadinin sözlərinə görə, hazırkı çətinliklərin əsas səbəbi İrana qarşı hərbi təcavüz və ölkəyə tətbiq edilən dəniz blokadasıdır.
“Gəmiçiliyin təhlükəsizliyi sahilyanı dövlətlərin təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda, sahil dövlətlərinin təhlükəsizliyini nəzərə almadan sərbəst gəmiçilik hüququnu müdafiə etmək mümkün deyil”, – o vurğulayıb.
İranlı nazir müavini bildirib ki, regionda sülhün və sabitliyin bərqərar olması, eləcə də Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün təcavüzə son qoyulmalı, İrana qarşı dəniz blokadası və sanksiyalar tamamilə ləğv edilməli, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməlidir.
İranın xarici işlər nazirinin müavini Kazım QəribabadiMənbə: apa.az