- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 02.07.2024 12:43
İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov vəzifəsindən ayrılıb.
"APA-Economics"in əldə etdiyi məlumatına görə, bununla bağlı qərar Büronun Himayəçilər Şurası tərəfindən verilib.
Məlumata görə R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri təyin edilib.
Qeyd edək ki, R. Əhmədov 2018-ci ildə İcbari Sığorta Bürosunda icraçı direktor seçilmişdi.
Xatırladaq ki, İSB-yə hələlik yeni sədr təyin edilməyib.