Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrini biabırçılıq adlandırıb

Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrini biabırçılıq adlandırıb

Tarix: 16 Oct 2026 04:58

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarını tənqid edərək bu addımların dünya bazarında neftin qiymətinin artmasına səbəb olduğunu bildirib.

Bu barədə Amerika lideri “Newsmax” telekanalına müsahibəsində danışıb.

“Siz mənə deyirsiniz ki, Zelenski yenidən neft emalı zavodlarına zərbələr endirir. Onun etdiyi yeganə şey dünyada neftin qiymətini artırmaqdır. Məncə, bu, biabırçılıqdır”, – Tramp deyib.

ABŞ Prezidenti qeyd edib ki, dizel yanacağının istehsal edildiyi müəssisələrə hücumlar təkcə Rusiyaya deyil, digər ölkələrə də mənfi təsir göstərir.

“Bizim və bütün dünyanın ehtiyac duyduğu dizel yanacağının istehsal edildiyi zavodlara zərbə endirəndə dünya üçün heç bir yaxşı iş görmürsünüz”, – o vurğulayıb.

Tramp, həmçinin Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdiyini təsdiqləyib.

ABŞ Prezidenti Ukrayna liderini tənqid edərək onun Vaşinqton üçün münasib tərəfdaş olmadığını bildirib.

“Zelenski bizim əməkdaşlıq etməli olduğumuz adam deyil”, – Tramp əlavə edib.

ABŞ Donald Tramp Ukrayna Rusiya Zelenski neft emalı zavodları dizel

Mənbə: apa.az

Xəbər Lenti