“Volkswagen” minlərlə elektromobili geri çağırmağa hazırlaşır

“Volkswagen” minlərlə elektromobili geri çağırmağa hazırlaşır

Tarix: 16 Oct 2026 04:44

Almaniyanın “Volkswagen” avtomobil konserni akkumulyatorlarda yanğın riski səbəbindən minlərlə elektromobili geri çağırmağı planlaşdırır.

Bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Şirkətin daxili yoxlamaları zamanı bəzi ID seriyalı elektromobillərin yüksək gərginlikli akkumulyatorlarında istehsal qüsurları aşkarlanıb.

Konserndən bildirilib ki, nadir hallarda bu nasazlıq akkumulyatorun həddindən artıq qızmasına, hətta yanğına səbəb ola bilər.

Geri çağırılma kampaniyasının 2023–2025-ci illərdə istehsal edilmiş “Volkswagen ID.3”, “ID.4”, “ID.7”, “ID. Buzz” və “Cupra Born” modellərini əhatə edəcəyi bildirilir.

ABŞ qurumlarının məlumatına görə, problem bu ölkədə 22 mindən çox “ID.4” elektromobilinə təsir edib.

Şirkət Almaniya və digər bazarlarda da müvafiq tədbirlərin hazırlanmasına başladığını açıqlayıb.

Dünya üzrə nasazlıqdan təsirlənən avtomobillərin ümumi sayı hələlik məlum deyil.

Volkswagen Almaniya elektromobil akkumulyator yanğın riski ID.4 avtomobillərin geri çağırılması

Mənbə: apa.az

Xəbər Lenti