Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 03.07.2024 01:16
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli futbol komandasını Avropa çempionatının 1/4 finalına çıxması münasibətilə təbrik edib.
APA-nın məlumatına görə, Ərdoğan bu barədə "Facebook" hesabında paylaşım edib:
"Futbol üzrə Avropa Çempionatında Avstriyanı məğlub edərək, 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. #BizimÇocuklar’a çempionluğa gedən yolda uğurlar arzulayıram" - dövlət başçısı qeyd edib.