Bayden Trampla teledebatda uğursuz çıxışını xarici səfərləri ilə əlaqələndirib

Tarix: 03.07.2024 04:18

ABŞ Prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışını tədbirdən bir müddət əvvəl xaricə səfərlərə getməsi ilə əlaqələndirib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Debatdan bir az əvvəl dünyanı gəzməyə qərar verdim. Köməkçilərimə qulaq asmadım və səhnədə az qalmışdı ki, yuxuya getdim”, - Bayden vurğulayıb.

Xəbər Lenti