Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 03.07.2024 12:20
Türkiyənin Antalya əyalətində rusiyalı və belaruslu turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində sürücü ölüb.
APA "Nehirhaber"ə istinadən xəbər verir ki, turistlərin arasında yaralananlar var.
Onlardan 16-nın Rusiya, 4-nün isə Belarus vətəndaşı olduğu vurğulanıb.
***
11:53
Türkiyənin Antalya əyalətində rusiyalı və belaruslu turistləri daşıyan avtobus qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qəza nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilib.