ABŞ və Ermənistan AES inşası ilə bağlı müzakirələr aparır

Tarix: 03.07.2024 12:59

“Biz ABŞ ilə birgə Atom Elektrik Stansiyasının inşası məsələsində olduqca vacib mərhələyə daxil olmuşuq”.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O deyib ki, hazırda tərəflər müvafiq hüquqi bazanın hazırlanması ətrafında müzakirələr aparır.

Qriqoryanın sözlərinə görə, indiki mərhələdə son sözü rəsmi Vaşinqton söyləməlidir.

Xəbər Lenti