- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 04.07.2024 12:43
Avropa İttifaqı ölkələrinin sakinləri 2050-ci ilə qədər elektrik enerjisinə ABŞ və Çindən daha çox pul ödəyəcəklər.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Sahibkarlar Konfederasiyasının (“BusinessEurope”) araşdırmasında bildirilir.
Təşkilat öz proqnozunu onunla əlaqələndirir ki, Avropa bloku yaşıllaşdırma hədəflərinə nail olsa belə, 2050-ci ilə qədər Aİ-nin elektrik enerjisi istehsalı xərcləri ABŞ və Çininkindən ən azı 50% yüksək olacaq.
“BusinessEurope” rəhbəri Markus Bayrerin sözlərinə görə, bu dinamika Avropa şirkətlərini alternativ rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salır, ona görə də Aİ səviyyəsində təcili tədbirlərə ehtiyac var.