- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 04.07.2024 14:15
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 6 ayı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
ARDNF-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən - 3 005,3 mln. ABŞ dolları, “Şahdəniz” isə yatağından (qaz və kondensat) - 244,069 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 60,784 mln. ABŞ dolları təşkil edib.