Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 07 Jul 2024 13:02
Almaniyada Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib.
APA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, Saksoniyada yerləşən “Witznitz” enerji parkında 1 milyon 100 min günəş (fotoelektrik) paneli quraşdırılıb.
Leyptsiq yaxınlığında yerləşən günəş elektrik stansiyasının sahəsi 500 hektar, gücü 650 meqavattdır.