Livan ərazisindən İsrailə 20 raket atılıb - YENİLƏNİB

Tarix: 07.07.2024 13:28

Bu gün səhər saatlarında Hizbullah Hərəkatının silahlı qanadı tərəfindən İsrailin Aşağı Qaliley bölgəsinə 20 raket atılıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Kfar-Zeytim qəsəbəsi yaxınlığına endirilən zərbə nəticəsində 1 nəfər ağır yaralanıb, digər raket zərbələri isə yanğınlara yol açıb.

***

saat 12.02

Livan ərazisindən İsrailə onlarla raket atılıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Raket hücumu nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, raket hücumu dünən Hizbullah Hərəkatının tanınmış nümayəndələrindən birinin pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülməsinə cavab sayılır.

Xəbər Lenti