Nazir: Hindistan XİN rəhbəri ilə görüşdə nəqliyyat-logistika üzrə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub

Nazir: Hindistan XİN rəhbəri ilə görüşdə nəqliyyat-logistika üzrə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub

Tarix: 23 Oct 2026 13:46

Hindistanın regiona, Mərkəzi Asiyaya və Avropaya marağı nəzərə alınaraq, bugünkü müzakirələrdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində olub.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.

“Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, son illər ərzində ölkəmizin bu sahədə apardığı məqsədyönlü fəaliyyəti, imkanların genişləndirilməsi, digər tərəfdən, Hindistan kimi böyük bir dövlətin, böyük bir iqtisadiyyatın bu regiona, o cümlədən Mərkəzi Asiyaya, Avropaya və digər bizə yaxın olan coğrafiyalara olan marağını nəzərə alaraq, nəqliyyat-loqistika sahəsində də əməkdaşlıq müzakirələri kifayət qədər maraq doğurdu. Biz bu məsələyə fokuslanmışıq”, - nazir qeyd edib.

Firuzə Vahid Ceyhun Bayramov Subramanyam Cayşankar

Mənbə: apa.az

Xəbər Lenti