Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib

Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib

Tarix: 28 May 2026 12:41

Ukrayna Ali Radası Avropa İttifaqı ilə genişmiqyaslı sazişi və Anlaşma Memorandumunu ratifikasiya edib.

“RBK-Ukrayna”nın xəbərinə görə, saziş 2026–2027-ci illər üçün 90 milyard avroya qədər maliyyə yardımının cəlb olunmasını nəzərdə tutur.

Sənəd 298 deputatın səsi ilə həm birinci oxunuşda, həm də tam şəkildə qəbul edilib.

Qeyd edək ki, saziş mayın 27-də Brüsseldə və Kiyevdə imzalanıb. Kredit verən tərəf Avropa Komissiyası vasitəsilə Avropa İttifaqıdır, Ukrayna tərəfindən isə borcalan kimi Milli Bank çıxış edir. Vəsaitlər müharibənin mənfi nəticələrinin aradan qaldırılması və Ukrayna iqtisadiyyatının sabitliyinin dəstəklənməsi üçün ayrılır.

İlqar Xudiyev Ukrayna Aİ 90 mlrd. kredit Rada

Mənbə: apa.az

Xəbər Lenti