Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 07 Jul 2024 19:15
Sabah Filippin və Yaponiya müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.
APA-nın xəbərinə görə, bu barədə Filippin Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Saziş çərçivəsində Filippin və Yaponiya hərbçiləri təcrübə mübadiləsi apara biləcəklər.
Sazişi iyulun 8-də Manilaya səfər edəcək Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və filippinli həmkarı Minor Kixar imzalayacaq.