Moskvanın Şeremetyevo hava limanında hava hücumu xəbərdarlığı elan edilib

Moskvanın Şeremetyevo hava limanında hava hücumu xəbərdarlığı elan edilib

Tarix: 23 Oct 2026 16:14

Moskvanın Şeremetyevo hava limanında hava hücumu xəbərdarlığı elan edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Hava limanında liftlərdən istifadə etmək, pəncərələrə və şüşə konstruksiyalara yaxın durmaq, foto və ya video çəkmək, təyyarənin göyərtəsindən sığınacaq kimi istifadə etmək, aşkar edilmiş PUA-lara və ya onların fraqmentlərinə yaxınlaşmaq qadağan olunub.

Şeremetyevo hava limanında təcili təxliyə tətbiq olunub. Bütün terminalların steril zonasına giriş məhdudlaşdırılıb.

Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına dron hücumu olduğu barədə açıqlama yayıb. O bildirib ki, Moskva istiqamətində uçan 19 PUA vurulub.

Moskvanın qərbi, şərqi və cənubi rayonlarının sakinləri partlayış səsləri eşidiblər.

Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti