Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 16:07
Stepanavanda seçkiqabağı rüşvətin verilməsi və alınması faktları üzrə bu gün daha 10 nəfər saxlanılıb.
Bu barədə “News.am” Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hazırda bu cinayət işi üzrə ümumilikdə 24 nəfər ittiham olunur.
Qeyd edək ki, oktyabrın 25-də Stepanavanda yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək.
Xatırladaq ki, Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan" partiyasından Stepanavan merinə namizəd Arsen Gevorkyanın 2 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Daha əvvəl Stepanavan şəhərində keçirilən axtarışlar zamanı 14 nəfər saxlanılıb.
Mənbə: apa.az