Fransanın baş naziri Attal istefa vermək niyyətində olduğunu açıqlayıb

Tarix: 08.07.2024 00:10

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

APA xəbər verir ki, Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini dərc etdikdən sonra deyib: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”. Onun çıxışı BFMTV tərəfindən yayımlanıb.

O həmçinin lazım olduğu qədər hökumət başçısı vəzifəsini icra etməyə hazır olduğunu deyib.

Xəbər Lenti