Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 08.07.2024 11:57
Macarıstan Baş naziri Viktor Orban bu gün Çin dövlət başçısı Si Cinpin Pekində görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib.
Qeyd edək ki, Orban iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. O, eyni zamanda, iyulun 6-da Şuşada TDT liderlərinin sammitində iştirak edib.