Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 08 Jul 2024 15:17
2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 300 mindən çox Asan İmza sertifikatı verilib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, hesabat dövrü ərzində ümumilikdə 183.553 müraciət üzrə 302.891 Asan İmza sertifikatı verilib.