Peskov: Cənubi Koreya ölkəmizə düşmən mövqe sərgiləyir

Tarix: 08.07.2024 18:21

Rusiya hər iki Koreya ilə əlaqələrin qurulmasını vacib sayır, amma Cənubi Koreya ölkəmizə qarşı düşmən mövqe sərgiləyir.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rəsmi Seul antiRusiya sanksiyalarına qoşulduğu üçün seçim əsasında yalnız Cənubi Koreya ilə əlaqələrin qurulması mürəkkəb məsələdir” – Peskov deyib.

Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreyanın prezidenti Mun Çje İn Rusiyanın beynəlxalq münasibətlərdə Şimali və ya Cənubi Koreyaya istiqamətlənən siyasi xətt sərgiləməklə bağlı seçim etməli olduğunu bəyan edib.

Xəbər Lenti