Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 08.07.2024 18:52
Rusiya Prezidenti Vladimir Putin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefonla danışığı aparıb.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Hər iki lider qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək üçün sıx əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləyiblər.