Livandan İsrailə 20-dən çox raket atılıb

Tarix: 08.07.2024 23:18

İsrailin hava hücumundan müdafiə sistemləri Livandan atılan raketlərin bir hissəsini ələ keçirib.

APA xəbər verir ki, bu barədə İsrail Ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, İsrail ərazisinə 20-dən çox raketin atılıb. Hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi sursatların bir hissəsi yaşayış olmayan əraziyə düşüb.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər Lenti