USAID-in rəhbəri Ermənistana səfər edib - YENİLƏNİB

Tarix: 08.07.2024 22:55

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edib.

APA xəbər verir ki, bu barədə Pauer "X" hesabında məlumat verib.

*** 17:10 Bu gün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edəcək.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə qurumun Ermənistandakı missiyasından məlumat verilib.

Bildirilib ki, iyulun 11-dək davam edəcək səfər çərçivəsində sözügedən qurumun bu ölkəyə humanitar, psixo-sosial, eləcə də islahatların təşviqinə dəstəyi müzakirə olunacaq.

Xəbər Lenti