Litva İsveçdən 147 milyon avro dəyərində HHM sistemləri alacaq

Tarix: 08.07.2024 22:52

Litva İsveçdən 147 milyon avro dəyərində qısa mənzilli mobil hava hücumundan müdafiə alacaq.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“RBS70 NG (MSHORAD) sistemi İsveçin Saab Dynamics şirkəti tərəfindən hazırlanıb. Müdafiə Resursları Agentliyi 147 milyon avro dəyərində təchizat müqaviləsi imzalayıb”, - Litvanın Müdafiə Nazirliyi qeyd edib.

Hərbi texnikanın tədarükü 2025-2027-ci illər üçün nəzərdə tutulub. Müqaviə üzrə tədarük ediləcək texnikanın miqdarı açıqlanmayıb.

Xəbər Lenti