Vaşinqton Polşaya hərbi ehtiyaclar üçün 2 milyard dollarlıq kredit verəcək

Tarix: 09.07.2024 05:44

Birləşmiş Ştatlar Polşaya hərbi ehtiyaclar üçün kredit şəklində 2 milyard dollar transferini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamenti qeyd edir ki, bu qərar NATO-nu gücləndirəcək, Polşa isə hərbi proqramını modernləşdirmək üçün addımlar atır.

Xəbər Lenti