Avropada qazın qiyməti 350 dollardan aşağı enib

Tarix: 09.07.2024 14:09

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti cari ilin 20 may tarıxındən ilk dəfə olaraq 350 ABŞ dollarından aşağı enib.

“APA-Economics” xəbər verir ki, bu gün TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 349,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (361,7 dollar) ilə müqayisədə 3,3% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Xəbər Lenti