- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 09.07.2024 16:58
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət şirkətlərinin fəaliyətinin səmərəliliyinin davamlı olaraq artırılması istiqamətində həyata keçirdiyi islahatlar, müvafiq qərar və tapşırıqlara uyğun olaraq «AzerGold» QSC-nin fəaliyətinin ötən 8 ili qızıl layihələri üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın tam aradan qaldırılması, ilk illərdən mənfəətli fəaliyyət və digər səmərəli iqtisadi töhfələrlə müşayiət olunub.
“APA-Economics” xəbər verir ki, bu illər ərzində müstəqil büdcə ilə qızıl mədənlərini uğurla istismara verən, illik 1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq yolunda inamla addımlayan Səhmdar Cəmiyyət dövlətə vergi formasında 153,773,857 manat vəsait ödəyib.