Putin Narendra Modini Rusiyanın ən ali dövlət ordeni ilə təltif edib

Tarix: 09 Jul 2024 18:09

Hindistanın baş naziri Narendra Modi Rusiya Federasiyasının ən ali dövlət ordeni olan "Müqəddəs Apostol Andrey Pervozvannı" ilə təltif edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, təltifetmə mərasimi Böyük Kreml Sarayında baş tutub. Putin ali ordeni Modiyə təqdim edib.

Qeyd edək ki, 1998-ci ildən bu yana 25 nəfər "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeninə layiq görülüb.

Xarici dövlət başçılarından Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev və Çin lideri Si Cinpin Rusiyanın ən ali dövlət ordeni olan "Müqəddəs Apostol Andrey Pervozvannı" təltif olunublar.

Xəbər Lenti