Kir Starmer: Ukrayna onlara verdiyimiz “Storm Shadow” raketlərilə Rusiyaya zərbə endirə bilər

Tarix: 10.07.2024 12:14

“Ukrayna hökuməti bu ölkəyə verdiyimiz “Storm Shadow” raketlərindən Rusiyaya zərbə endirə bilər”.

APA-nın “The Evening Standard” qəzetinə istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun Vaşinqton sammiti çərçivəsində jurnalistlərə bildirib.

O əlavə edib ki, adı çəkilən ölkənin etibarlı müdafiəsini təmin etmək üçün yeni hökumətə tərəfdaş dövlətlərin verdiyi silah-sursatdan maneəsiz istifadə etməyə şərait yaradılmalıdır.

Xəbər Lenti