- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 10.07.2024 16:15
Cari ilin iyun ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 479 min barel səviyyəsində olub, bu da may ayı ilə muqayisədə 13 min barel çoxdur.
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin maında Azərbaycanda neft hasilatı 466 min barel təşkil edib.
Qeyd olunur ki, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 477 min barel, ikinci rübündə isə 475 min barel səviyyəsində olub, bu da cüzi azalma deməkdir.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.
Beləliklə, Azərbaycan may ayında "OPEC+" çərçivəsində kvotasından 72 min barel geridə qalıb.