“AzerGold” qiymətli metal hasilatçısından çoxprofilli mədən şirkətinə çevrilib

Tarix: 10.07.2024 17:48

Mütərəqqi beynəlxalq təcrübə əsasında fəaliyyətini uğurla davam etdirən “AzerGold” qiymətli metal hasilatçısından çoxprofilli mədən şirkətinə çevrilib.

"APA-Economics" xəbər verir ki, 8 il əvvəl 1 qızıl yatağı – «Çovdar» yatağı ilə fəaliyyətə başlayan “AzerGold” QSC bu gün çoxşaxəli fəaliyyət istiqamətlərinə malik olan şirkətə çevrilib.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə QSC-yə 2020-ci ildən etibarən əlvan metallarla yanaşı, qara metal filizi yataqları ilə bağlı vəzifələr həvalə edilib. 2021-ci ildən isə dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında ölkəmizdə ilk dəfə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə fəaliyyət təşkil edilib. Dövlətimizin artan etimadının nəticəsi olaraq Səhmdar Cəmiyətə hasilatın pay bölgüsü haqqında beynəlxalq müqavilədə Azərbaycan dövlətini təmsil etmək səlahiyyəti verilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə ümumi geoloji axtarış proqramının icrası tapşırılıb.

Xəbər Lenti