AMB: BOKT-ların istiqraz buraxılışı son iki ildə təxminən ikiqat artıb

AMB: BOKT-ların istiqraz buraxılışı son iki ildə təxminən ikiqat artıb

Tarix: 28 Oct 2026 11:35

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) buraxdığı istiqrazların həcmi son iki ildə təxminən iki dəfə artaraq 100 milyon manata yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Bank Olmayan Kredit Təşkilatlarına Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, istiqraz buraxılışlarının həcminin artması investorların və vətəndaşların BOKT sektoruna etimadının gücləndiyini göstərir.

X. İsmayılov qeyd edib ki, maliyyə hesabatlarının ictimaiyyətə açıqlanması investorların BOKT-ların istiqrazlarına marağının artmasına müsbət təsir göstərib.

O bildirib ki, son iki ildə sektorun öhdəlikləri də təxminən 65% artıb.

Departament direktoru əlavə edib ki, təqdim olunan göstəricilər sentyabrın 30-na olan vəziyyəti əks etdirir.

Rahim Tarıverdiyev AMB BOKT istiqraz

Mənbə: apa.az

Xəbər Lenti