Azərbaycanda dövlət istiqrazlarının orta ödəmə müddəti artıb

Azərbaycanda dövlət istiqrazlarının orta ödəmə müddəti artıb

Tarix: 28 Oct 2026 12:02

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının orta ödəmə müddəti 2026-cı ilin ilk 9 ayı ərzində artıb.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə dövlət istiqrazlarının orta ödəmə müddəti 3,64 il təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 3,30 il olub.

Beləliklə, dövlət istiqrazlarının orta ödəmə müddəti ilin əvvəlindən 0,34 il artıb.

Hesabata əsasən, dövriyyədə olan 7 milyard 766,2 milyon manatlıq dövlət qiymətli kağızlarının 56%-i 5 ilədək, 44%-i isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşüb.

Nazirlik orta ödəmə müddətinin artmasını cari ilin ilk üç ayında qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin başa çatması ilə əlaqələndirib.

Rahim Tarıverdiyev Maliyyə Nazirliyi dövlət istiqrazları

Mənbə: apa.az

Xəbər Lenti