Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 12:58
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan vəzifəsini tərk edəcək.
Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan brifinq zamanı bildirib.
Paşinyan mətbuatda yayılan məlumatları təsdiqləyərək qeyd edib ki, Ayrapetyan yeni hökumətin tərkibində yer almayacaq.
"Müzakirələr zamanı Mxitar Ayrapetyan özü işini davam etdirmək istəmədiyini bildirdi. Buna görə də o, yeni hökumətdə olmayacaq", – Paşinyan vurğulayıb.
İlqar Xudiyev Paşinyan Ermənistan Yüksək texnologiyalar sənayesi naziriMənbə: apa.az