Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 12:07
Bu gün Bakı şəhərində artıq 2600-ə yaxın avtobus hərəkətdədir və bu, son üç il müddətində artıq 1700-dən 2600-ə qədər, 900 ədəd avtobusun artıq olması deməkdir.
“APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
“Eyni zamanda da bu artan nəqliyyat vasitələrinin hər biri ekoloji təmiz nəqliyyat vasitələrindən söhbət gedir; bu, CNG və elektrik ilə işləyənlərdir.
Növbəti illərdə prosesin, keçidin tamamilə Bakı parkında olması və əvvəlki dövrlərdən qalmış artıq ömrünü dərəcədə qravyer və ya dizel nəqliyyat vasitələri tamamilə dövriyyədən çıxarılması hədəf kimi qoyulub. Bu il sonu bizim gözləntimiz odur ki, təqribən dövriyyədə 500-ə yaxın belə avtobusların qalacağı, növbəti il isə tamamilə artıq bunların da yeniləri ilə əvəzlənəcəyidir,”- deyə o qeyd edib.
O vurğulayıb ki, Naxçıvanda bu yaxınlarda tamamilə ictimai nəqliyyat elektrikə keçirilib: Qarabağda da bilirsiniz ki, bütün zona yaşıl zona elan olunub və orada da Xankəndi ilk oldu bizim üçün, Qarabağda elektrik avtobusları istismara verildi. Digər şəhər və rayonlarımızda bu keçid davam edir”.
İlahə Səlimova Rəhman Hümmətov nəqliyyat vasitələri avtobuslarMənbə: apa.az