2026-cı ildə NATO sammitinə Türkiyə ev sahibliyi edəcək

Tarix: 11.07.2024 01:29

Vaşinqtonda keçirilən NATO-nun dövlət və hökumət başçıları sammitinin yekun bəyannaməsi dərc olunub.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyannamədə sammitə 2025-ci ildə Hollandiyanın, daha sonra isə 2026-cı ildə Türkiyənin ev sahibliyi edəcəyi bildirilir.

Qeyd edək ki, Vaşinqtonda NATO dövlət və hökumət başçılarının sammiti keçirilib. ABŞ-ın ev sahibliyi etdiyi sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Xəbər Lenti