Azərbaycanın bu il ixrac etdiyi neft və qazın həcmi açıqlanıb

Tarix: 11.07.2024 09:18

Bu ilin I yarısında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 mln. ton, ixraca nəql edilən həcmlər isə 11,9 mln. ton olub.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, bu dövrdə ötən ilin I yarımili ilə müqayisədə 4,3% artımla hasil edilmiş 25,1 mlrd. kubmetr qazın 12,7 mlrd. Kubmetri ixrac olunub.

Xəbər Lenti