Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 9%-dən çox artıb

Tarix: 11.07.2024 10:09

2024-cü ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4% və ya 237,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artaraq 1,8 milyard manatdan çox olub.

Xəbər Lenti