Cümə, 30 Oktyabr, 2026
Tarix: 30 Oct 2026 13:35
Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Məlumata görə, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə noyabrın 21-dən etibarən hərəkət edəcək.
Qeyd edək ki, sel hadisəsi nəticəsində zərər görmüş Qax–Zaqatala dəmir yolu xəttində aparılan təmir işləri ilə əlaqədar bu marşrut üzrə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.
Emil İsmayılov ADY dəmir yollarıMənbə: apa.az