Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbində yanğın baş verib

Tarix: 05 Apr 2026 13:24

Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbində yanğın baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, paytaxtın Qolovaçeva küçəsində yerləşən binanın dam örtüyü yanıb.

100-ə yaxın insanın binadan təxliyə edildiyi bildirilib.

Yanğın təxminən 60 kvadrat metr sahəni əhatə edib.

Yanğın söndürənlər və təcili yardım xidmətləri hadisə yerində işləyir.

Fərid Əkbərov

Xəbər Lenti