II rübdə daşınmaz əmlakla bağlı ödəniş daxilolmaları 50%-ə yaxın artıb

Tarix: 12.07.2024 17:03

2024-cü ilin ikinci rübündə Azərbaycanda daşınmaz əmlakla bağlı ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 49.2% və ya 75.9 mln. manat artaraq 230.2 mln. manat təşkil edib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, bu sahədə artıma töhfə verən əsas qruplar şəxsi daşınmaz əmlakın istismara verilməsi (39.9 mln. manat artım) və daşınmaz əmlakla aparılan əməliyyatlar (27.4 mln. manat) olub.

Xəbər Lenti