İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında “Arsenal”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında “Arsenal”a məğlub olub

Tarix: 01 Nov 2026 22:39

İngiltərə Premyer Liqasında IX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Liverpul” öz meydanında son çempion “Arsenal”la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Kay Havertsin 16-cı dəqiqədə vurduğu qol “topçular”a minimal hesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “Arsenal” liderliyə yüksəlib. Aktivində 15 xal olan “Liverpul” isə 5-ci pillədə qərarlaşıb.

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti