Bazar ertəsi, 2 Noyabr, 2026
Tarix: 02 Nov 2026 10:44
"Azərbaycan Dəmir Yolları" QSC Zəfər Günü və Dövlət Bayrağı Günündə sərnişin tələbatını qarşılamaq üçün 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
"APA-Economics" bu barədə ADY-yə istinadən xəbər verir.
Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür..
İlahə Səlimova ADY Bakı–Ağstafa–Bakı qatar reysləriMənbə: apa.az