Bazar ertəsi, 2 Noyabr, 2026
Tarix: 02 Nov 2026 11:10
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin həbs müddəti uzadılıb.
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat daxil olub. Məhkəmə istintaq orqanının təqdimatı təmin olunub, Ardeshir Seyfpour Saad Abadin barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə uzadılıb.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Əməli törətməklə bağlı 3 məkətəbli və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşib.
Ardeshir Seyfpour Saad Abadiyə Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Emin Şirvanzadə Nizami Kino Mərkəzi qraffiti Belarus vətəndaşı məhkəmə qərar
Mənbə: apa.az