Bazar ertəsi, 2 Noyabr, 2026
Tarix: 02 Nov 2026 10:32
Beyləqan rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində baş verib.
Orada yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Araşdırma aparılır.
Mənbə: apa.az