İliyana Yotova Bolqarıstanda prezident seçkilərində qələbə çalıb - YENİLƏNİB

İliyana Yotova Bolqarıstanda prezident seçkilərində qələbə çalıb - YENİLƏNİB

Tarix: 02 Nov 2026 06:54

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasının rəsmi nəticələrini açıqlayıb.

APA xəbər verir ki, MSK-nın saytında dərc olunan məlumata görə, prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Valçev seçicilərin səslərinin 57,636 faizini (1 milyon 77 mindən çox səs) toplayıblar.

Andrey Gyurov və Georgi Kandev isə 39,402 faiz (təxminən 736 min səs) qazanıblar.

Nəticələr yerli vaxtla saat 03:00-a olan məlumata əsasən, seçki komissiyalarının protokollarının 98,43 faizinin hesablanması əsasında açıqlanıb.

Səsvermənin yekun nəticələri noyabrın 4-dən gec olmayaraq elan ediləcək.

***

02:33

Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səslərin sayılması ilə bağlı ilk rəsmi nəticələri açıqlayıb.

APA xəbər verir ki, komissiyanın saytında yayımlanan məlumata görə, prezident və vitse-prezidentliyə namizədlər İliyana Yotova və Kiril Vılçev seçicilərin səslərinin 57,943 faizini, Andrey Gyurov və Georgi Kandev isə 39,007 faizini qazanıb.

Nəticələr yerli vaxtla saat 23:00-a (Bakı vaxtı ilə 00:00) olan məlumata əsaslanır.

Həmin vaxtadək seçki komissiyalarının protokollarının 17,39 faizi emal edilib.

Bolqarıstan seçkilər Yotova

Mənbə: apa.az

Xəbər Lenti